Bakının İcra Hakimiyyəti müxalifətin mitinqi üçün yer ayırdı

Bakının İcra Hakimiyyəti müxalifətin mitinqi üçün yer ayırdı

Müxalifət mitinq keçirmətə hazırlaşır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Milli Şura”nın mitinqlə bağlı müraciətini cavablandırıb.

BakuCity.az xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Xatırladaq ki, “Milli Şura” BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, “28 May” metro stansiyasının yaxınlığını istəmişdi.

BakuCity.az

Bakı müxalifət mitinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər