İsrailin Bakıdakı səfirliyi bağlandı

İsrailin Bakıdakı səfirliyi bağlandı

Maliyyə problemi ilə əlaqədardır

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

BakuCity.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Səfirliyin fəaliyyətini dayandırmasının səbəbi maliyyə problemi ilə əlaqədardır.

“İsrail Maliyyə Nazirliyinin 2019-cu il iyulun 21-də baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”.

Qeyd olunub ki, səfirlik konsul xidmətləri göstərməyəcək, ziyarətlər üçün bağlanacaq:

“İsrail diplomatları hər zaman ölkənin gücünü və dayanıqlığını artırmaq üçün səy göstərməyə çalışıblar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”.

Qeyd edək ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik) müvəqqəti bağlayıb.

BakuCity.az

Bakı İsrail səfirlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər