Bakıya gətirilən yeni avtobuslar üçün sürücülər axtarılır

Bakıya gətirilən yeni avtobuslar üçün sürücülər axtarılır

Təlimlərə 12 metrlik avtobuslar da cəlb edilib

Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var.

Bunu nəzərə alaraq bir daha "BakuBus" MMC-də sürücü vəzifəsinə işə qəbul elan edilir.

Həmçinin oxu: Bakıya daha 10 yeni avtobus gətirildi: marşrut xətti də bilindi - FOTO

İşə qəbul üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Müraciət edən namizədlər üçün Sürücü Təlim Mərkəzində təlimlər keçirilir. Hazırda da davam etməkdə olan təlimlərdə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçirilir. Praktiki təlimlərə yeni alınan “BMC Procity” 12 metrlik CNG avtobusları cəlb edilib.

BakuCity.az

Bakı avtobus sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər