Tağıyevin Fransada yaşayan qohumu ilk dəfə Bakıya gəlib

Tağıyevin Fransada yaşayan qohumu ilk dəfə Bakıya gəlib

İkinci oğlunun kötükcəsidir

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod Bakıya gəlib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyindən BakuCity.az-a verilən məlumata görə, məşhur milyonçunun ikinci oğlu Sadıxın kötükcəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər edib.

A.Koldla görüş noyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

İxtisasca tarixçi olan A.Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur.

BakuCity.az

Hacı Zeynalabdin Tağıyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər