İşıqfor qırılıb, köşkə ciddi ziyan dəyib
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.
Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra yol kənarındakı köşkə çırpılıb.