Nazir Bakıda yaşıllığın az olmasından danışdı

Nazir Bakıda yaşıllığın az olmasından danışdı

Ekologiyanın pozulması halları azalıb

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda yaşıllığın az olmasından danışıb.

BakuCity.az-ın məlumatına görə, M.Babayev bugünkü mətbuat konfransında bildirib ki, Bakı o qədər də yaşıllığı olmayan şəhərdir:

“Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir”.

Nazir vurğulayıb ki, ümumilikdə son dövrlərdə ekologiyanın pozulması, atmosferin çirkləndirilməsi halları azalıb, daha az faktlar var:

“Sözsüz ki, pozuntular var. Harada insan var, müəssisələr fəaliyyət göstərir, orada tullantı, pozuntu var. Bizim əsas məqsədimiz insanların maarifləndirilməsidir. Bəzi hallarda insanların qaydaları biliməməsi pozuntulara gətirib çıxarır. Sözsüz ki, pozuntular aşkar olunanda cərimələr tətbiq olunur, lazım olduğu halda müvafiq sənədlər polisə də, prokurorluğa da göndərilir. Ancaq biz istərdik ki, məsələ bu səviyyəyə gəlib çıxmasın. Biz istəyirik ki, insanlar maariflənsin, eyni zamanda burada ictimai qınaq da olmalıdır”.

O qeyd edib ki, ekologiyaya ziyan vuran insanlara qarşı ictimai qınaq da olmalıdır:

“Məsələn, kimsə ekologiyaya ziyan vurursa, gözləmək lazım deyil ki, nazirlik gəlib onun qarşısını alsın, ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.

BakuCity.az

Bakı yaşıllıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər