Bakıda ticarət dövriyyəsinin həcmi 15 milyard manatı ötüb

Bakıda ticarət dövriyyəsinin həcmi 15 milyard manatı ötüb

İstehlak məhsullarının 24 faizi bazarlarda satılıb

2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15 019,9 milyon manat olub.

Bu barədə BakuCity.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 8160,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

BakuCity.az

Bakı ticarət dövriyyəsi statistika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər