14:34, 31 oktyabr 2019

Bakıda ən yüksək maaşı kimlər alır?

Bakıda ən yüksək maaşı kimlər alır?

Səhiyyə və təhsil sahəsində çalışanlar ən az maaş alıb

2019-cu yanvar-avqust aylarınin ilkin məlumatlarına əsasən, Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub.

Bu barədə BakuCity.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Həmçinin oxu: Bakıda ticarət dövriyyəsinin həcmi 15 milyard manatı ötüb

Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər isə ən aşağı əməkhaqqı alıb.

BakuCity.az

#Bakı #əməkhaqqı #statistika

Şərhlər

Elan
live comments feed...