Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO

Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO

İki korpusdan ibarət uşaq bağçası 95 yerlikdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi.

Bildirildi ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.

Həmçinin oxu: Bakıda sanatoriya tipli internat məktəbində əsaslı təmir olunub - FOTO

Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-1 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-2 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-3 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-4 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-5 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-6 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-7 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-8 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-9 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-10 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-11 Bakıda 64 saylı uşaq bağçası təmirdən sonra - FOTO, fotoşəkil-12

BakuCity.az

Bakı Mehriban Əliyeva uşaq bağçası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər