Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO

Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO

Ağaca çırpılan "Audi" yanmağa başlayıb

Bakının Nərimanov rayonu, Təbriz küçəsində iki nəqliyyat vasitəsi toqquşub.

BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Abdulla Akif oğlu Məmmədovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili yolu işıqforun qırmızı işığında keçib.

Bu zaman o, əks yoldan gələn "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb. Daha sonra "Audi" bir neçə metr irəliyə doğru gedərək ağaca çırpılıb. Bu zaman avtomobil yanmağa başlayıb.

Həmçinin oxu: Bakıda maşın qırmızı işıqdan keçdi, toqquşub aşdı - VİDEO

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 2 briqadası və Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Yanan "Audi" markalı avtomobil söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-1 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-2 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-3 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-4 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-5 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-6 Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO, fotoşəkil-7

BakuCity.az

Bakı qırmızı işıq yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər