Bakının magistrallarında sürət həddi azaldıldı

Bakının magistrallarında sürət həddi azaldıldı

Tablolarda sürüşkən yol işarəsi qoyulub

Bakının avtomobil magistrallarında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə olunur ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.

BakuCity.az

Bakı sürət həddi yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər