Yağış Bakının işıqforlarını sıradan çıxardı

Yağış Bakının işıqforlarını sıradan çıxardı

Yağış işıqforları sıradan çıxardı

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

BakuCity.az

Bakı işıqfor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər