Bakıya 458 yeni lift gətirilib - FOTO

Liftlər dəyişdirilməsi gələn ildə də davam etdiriləcək

Bakıya 458 yeni lift gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi, Almaniyanın "Wittur Holding GMBH" şirkətinin, həmçinin Azərbaycanın bir sıra tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı ilə təqdimat mərasimi, Bakıda yeni liftlərin quraşdırılmasının bu günə olan vəziyyəti, bu istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.

Təqdimat mərasimində əvvəlcə "Wittur Holding GMBH" şirkətinin "Global" satış sobəsinin rəhbəri Ahmet Örs, Marketinq direktoru Qerd İmbuş, digər rəsmi şəxslər şirkət, onun məhsulları, biznes tərəfdaşları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda həyata keçirdikləri layihələr barədə məlumat verib, videoçarx nümayiş etdirilib.

Bakıda yeni liftlərin quraşdırılmasının vəziyyəti və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat verilib.

Bildirilibr ki,  Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi ilə Almaniyanın "Wittur Holding GMBH" şirkəti arasında imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihə kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib. Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətitilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

Alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Yeni liftlər müasir elekton sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.

Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

Bakucity.az

Bakı lift
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...
Mədəniyyət
CinemaPlus-da “Doktor Dulittlin heyrətamiz səyahəti”  "28 Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub. BakuCity.az xəbər verir ki, tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olu...