9 nəfər xəstəxanaya yerləşdirilmişdi
Bakıda iki avtobusun toqquşması nəticəsində yaralananlar evə buraxılıb.
Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hadisə ötən gün Sabunçu rayonu, Yeni Ramana yolunda baş verib. 49 və 106 saylı sərnişin avtobuslarının Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında toqquşması nəticəsində 3 saylı Şəhər Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 9 nəfər gətirilib. Yaralılara lazımi tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, lazımi tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.
BakuCity.az