Bakıda “Araxis yağlı Tərlan” filminin nümayişi olub - FOTO

 Bakıda “Araxis yağlı Tərlan” filminin nümayişi olub - FOTO

“Araxis yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində

Oktyabrın 30-da “CinemaPlus” premium kinoteatrında “Yaşıl kitab” filminin yaradıcılarının istehsalı olan növbəti ekran işi – “Araxis yağlı Tərlan” komediya filminin təqdimatı keçirilib.

BakuCity.azxəbər verir ki, filmdə möhtəşəm səyahət bir addımla və əfsanəvi uçuşla başlayır. Pəncərədən kənara çıxan qəhrəman özünü bir şeyin əskik olduğu dünyada tapır. Onun yeni dostuna yüksək məbləğdə pul, başkəsənlərə - iki dostun başı, gənc tibb bacısına sevgi, ona isə səyahət, qaçış, alovlanan ocaq və bir az da araxis yağı lazımdır.

Filmi Tayler Nilson və Mayk Şvarts ekranlaşdırıb. Aktyorlar isə Şaya LaBaf, Dakota Conson və Zak Qotsagendir.

Qeyd edək ki, “Araxis yağlı Tərlan” yalnız “Cinemaplus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

BakuCity.az

cinema bakı film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər