Zaqataladan Bakıya gələnlərə şad xəbər

Zaqataladan Bakıya gələnlərə şad xəbər

Bilet almaq asanlaşdı

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edilib.

Dövlət Xidmətindən BakuCity.az-a verilən məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər.

Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcək.

Bu xidmətin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də töhfə verəcək.

BakuCity.az

Bakı Zaqatala bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər