"BakuBus" avtobusları niyə gecikir? - Rəsmi cavab

"BakuBus" avtobusları niyə gecikir? - Rəsmi cavab

Avtobusların hərəkəti çətinləşib

Bakı Nəqliyyat Agentliyi (BNA) Bayıl qəsəbəsi, "20-ci sahə" istiqamətinə hərəkət edən avtobusların gecikməsinin səbəbini açıqlayıb.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda, təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılması sonda məhz bu cür çətinliklərə səbəb olur.

Qeyd olunub ki, mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir:

“Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amortizasiya xərclərinin artmasına gətirib çıxarır. Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi, yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də “BakuBus” MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var”.

BakuCity.az

Bakı avtobus BakuBus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər