Bütün avtobuslar kart sisteminə keçəcək
Bakıda ictimai nəqliyyatda gediş haqqı pik saatlarında fərqli ola bilər.
BakuCity.az Milli.Az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil" verilişində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, ümumiyyətlə, BNA icraedici qurumdur, belə bir səlahiyyəti yoxdur:
“İlin axırında kartlaşma tam yekunlaşandan sonra bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Məsələn, səhər pik saatlarında gediş qiyməti ayrı ola bilər, yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan, bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində belə şeylər var".
BakuCity.az