Temperatur 6 dərəcə aşağı enib
Bakıda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 31-də paytaxtda düşən yağıntının miqdarı 17 (aylıq normanın 60 faizi), o cümlədən Zabratda 14 (aylıq normanın 50 faizi), Binədə 12 (43 faiz), Pirallahıda 10 (42 faiz) və Maştağada 8 mm təşkil edib.
Hazırda Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib və bu da iqlim norması daxilindədir.
Qeyd edək ki, ümumilikdə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək.
BakuCity.az