Sürücülər ara məsafəsi saxlamalıdır
Bakıda yağışlı havalarda baş vermiş yol qəzalarının görüntüsü yayılıb.
BakuCity.az Avtosfer.az-a istinadən məlumat verir ki, videogörüntüyə düşən üç qəza, demək olar, eyni yerdədir. Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basarkən sürüşmə baş verib və avtomobil idarəetməni itirib.
Həmçinin oxu: Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO
Müasir avtomobillərin çoxunda sürüşməyə qarşı funksiya var ki, istər yağışlı, istərsə də qarlı havada bir düyməni basmaqla sürüşmə faizini minimuma endirmək olur. Lakin bu heç də bütün avtomobillərdə olmur. Odur ki, sürücülər son dərəcə diqqətli olmalı, sürət həddi, ara məsafəsinə önəm verməlidirlər.
Mütəxəssislərin fikrincə, elə sürət seçmək lazımdır ki, ehtiyac olduğu zaman əyləc sistemindən istifadə edilməsin, avtomobilin sürəti bunsuz tənzimlənsin.