Bakıda yağışlı hava nə qədər davam edəcək?

Bakıda yağışlı hava nə qədər davam edəcək?

Güclü külək əsəcək

Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 1-də paytaxtda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 3-ü səhərədək Bakıda yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BakuCity.az

Bakı hava yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər