"İçərişəhər" Qoruğunun sabiq rəisi Prezident Administrasiyasının rəhbəri oldu

"İçərişəhər" Qoruğunun sabiq rəisi Prezident Administrasiyasının rəhbəri oldu

Samir Nuriyev bu postda Ramiz Mehdiyevi əvəz edəcək

Prezident İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

BakuCity.Az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, dövlət başçısının digər sərəncamı ilə S.Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Qeyd edək ki, S.Nuriyev 2009-2013-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-2016-cı illərdə isə rəisi vəzifəsində çalışıb.

Bundan başqa, o, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru və İdarə Heyətinin sədri postlarını tutub.

21 aprel 2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

S.Nuriyev yeni postda Ramiz Mehdiyevi əvəz edəcək. 

BakuCity.az

Samir Nuriyev İlham Əliyev Prezident Administrasiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər