Bakı polisindən sürücülərə XƏBƏRDARLIQ

Bakı polisi sürücülərə müraciət etdi

Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib.

O qeyd edib ki, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdırlar:

“Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır”.

V.Əsədov, həmçinin bildirib ki, Bakıda bəzi işıqforların işləməməsi sürücüləri çaşdırmamalıdır:

“Xəbər verildiyi kimi, paytaxtın bəzi ərazilərində işıqforların fəaliyyətində problemlər yaranıb. Belə olan halda hər bir sürücü yol nişanlarının tələblərinə riayət etməlidir. 

Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.

Şöbə rəisi belə hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

BakuCity.az

Bakı yol polisi yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...
Cəmiyyət
Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb. Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb: “Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən...
İdman
Oyun saat 18:00-da başlayacaq Bakıda keçiriləcək Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb. BakuCity.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək. Oyun saat 18:00-da “Dalğa Are...
Cəmiyyət
Sistem sınaq mərhələsindədir Gələn aydan dəmir yolunda biletləri onlayn şəkildə qaytarmaq mümkün olacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev “Report”a deyib. O bildirib ki, onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün hazırda biletlərin onlayn qaytarılması sistemi sınaqdan keçirilir: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnu...
Cəmiyyət
Martin və Pşemislav Cavanşiri Cəlil Məmmədquluzadənin məzarını ziyarət ediblər Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Martin və Pşemislav Cavanşiri Fəxri xiyabanda babaları Cəlil Məmmədquluzadənin məzarını ziyarət...
Hadisələr
Zəhərlənənlər arasında uşaqlar da olub Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. BakuCity.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb. Noyabrın 13-də keçirilmiş toy mərasimindən sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub. Xoşbəxtlikdən ölüm halı qeydə alınmay...
Cəmiyyət
Polis axtarışa başlayıb Bakıda iki gənc qız və bir kişi itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbab...
Hadisələr
Maşın piyadanı bir neçə metr kənara atdı Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə “Statistika dairəsi” adlanan ərazidə qeydə alınıb. Yüksək sürətlə hərəkət edən avtomobil piyada keçidinin üstündən keçən şəxsi vurub və bir neçə metr kənara atıb. BakuCity.az
Hakimiyyət
Söhbət 9 dövlət əmlakından gedir "Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb. BakuCity.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra dövlət əmlakları özəlləşdirərək zəbt edib. Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib: 1. Bakı nın Nəsimi rayonunda, Mi...