Hacı Zeynalabdin Tağıyevin gənc qohumu Bakıda söz verdi - FOTO

H.Z.Tağıyevin bəzi sənədlərini və ailə fotolarını gətirəcək

Milyonçu Hacı Zeynalabdin Tağıyevin varisi babasının ev muzeyində olub.

BakuCity.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Ağasadıq Tağıyevin kötükcəsi Alban Klodla görüş keçirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı muzeyin hər zaman H.Z.Tağıyevin varisləri ilə təmasda olduğunu deyib:

“Bu gün muzeyin həyatında xüsusi bir gündür. Bu münasibətlə hər kəsi salamlayıram, Alban Kloda isə xüsusi salamlarımı çatdırıram. Çünki biz bu vaxta qədər Hacı Zeynalabdin Tağıyevin əksər qohumları ilə təmasda idik, onlarla görüşürdük və muzeyin fəaliyyəti haqqında söhbətlər aparırdıq, amma bu gün yeni bir nümayəndənin aramıza qatılması bizi sevindirir. Tale belə gətirib ki, Tağıyevin ailəsinin bir hissəsi vətəndən uzaq düşüb. Fransada yaşayan Alban Klodun öz istəyi və araşdırmaları sayəsində Bakıya gəlməsi xüsusi təqdirəlayiqdir. Hacı Zeynalabdin Tağıyev təkrarolunmaz şəxsiyyətdir. Biz onun həyatını öyrəndikcə həm də Azərbaycanın tarixini öyrənirik. Alban özü də tarixçidir. O, bizim tariximizlə də yaxından tanış olacaq”.

N.Vəlixanlı 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirdə Alban Klodun və ailəsinin də iştirak edəcəyini bildirib.

Ulu babası H.Z.Tağıyevin evində olmaqdan məmnunluğunu ifadə edən A.Klod ulu nənəsi Zərrintac Tağıyeva haqqında da məlumat verib. O, bildirib ki, nənəsi Fransaya köçəndən iki il sonra həyat yoldaşını itirib:

“Bütün var-dövlətini itirmiş Zərrintac Tağıyeva iki uşağı ilə tək qalıb və Fransaya köçüb. Babası Tağıyev ona çox yaxşı təhsil verdiyi üçün beş dil bilən Zərrintac Tağıyeva fransız dilində mükəmməl danışırdı. Bu səbəbdən də qısa müddətdə iş tapmaq onun üçün çətin olmayıb. O, tikdiyi niqabları sataraq əldə etdiyi gəlirlə uşaqlarını böyüdüb, onlara təhsil verib. Mən bundan utanmıram, əksinə, qürur duyuram. Zərintac çox sərt xasiyyətə sahib olub. Bu isə onun uşaq yaşlarından tək yaşaması və ağır sınaqlardan keçməsi ilə əlaqəli idi. Bütün Azərbaycan qadınları kimi Zərrintac Tağıyeva da möhtəşəm ana, möhtəşəm qadın olub. Düşünürəm ki, bu torpaqda bütün qadınlar belə fədakardırlar”.

A.Klod qeyd edib ki, onda H.Z.Tağıyevin bəzi sənədləri və ailə fotoları var. O, həmin sənədləri araşdırdıqdan sonra Azərbaycana, Bakıya gəlmək niyyətinə düşüb.

A.Klod söz verib ki, Azərbaycana növbəti səfərində H.Z.Tağıyevin nəsli ilə bağlı onda olan həmin sənədləri muzeyə hədiyyə edəcək.

Sonra H.Z.Tağıyevin görüşdə iştirak edən başqa varisləri çıxış edərək A.Klodu görməkdən məmnun olduqlarını bildiriblər.

Sonda muzeyin elmi katibi Fərhad Cabbarov A.Kloda ulu babasından bəhs edən kitablar hədiyyə edib.

H.Z.Tağıyevin görüşdə iştirak edən bütün qohumları ilə xatirə fotosu çəkilib.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Hacı Zeynalabdin Tağıyev Alban Klod
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...
Ekologiya
İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət...
Kriminal
Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb. BakuCity.az xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib.  BakuCity.az
Ekologiya
Bu ay Bakıda və Abşeron yarmadasında gözlənilən hava şəraiti açıqlanaıb. İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindıb BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir...
İdman
“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini uzadıb. BakuCity.az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək. Qeyd edək ki, Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb. BakuCity.az
Mədəniyyət
"OnlayNHN" layihəsinin üçüncü turuna yekun vurulub. Gənclər arasında keçirilən "Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə "OnlayNHN’’ layihəsinin üçüncü turuna yekun vurulub. BakuCity.az  xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və "Xəzər İntellektual Gənclər Klubu"nun təşkilatçılığı ilə "Quantum" platformasında keçirilən yarışda 50-dən artıq komanda mübarizə apa...
Cəmiyyət
Yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 1 iyun ta...