Yeni tunel yenə su ilə doldu
Sentyabrın əvvəlində yağışdan sonra dolan tunel yenidən gündəmə gəlib. Belə ki, Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə keçid yenə də çətinləşib.
BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin vaxt güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə su altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər.