Bakıda ana evdən oğurluq edən 12 yaşlı oğlunu polisə verdi

Bakıda ana evdən oğurluq edən 12 yaşlı oğlunu polisə verdi

100 manat oğurlayıb

Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayət edib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 31-də Rəsul Rza küçəsi, dalan 2, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü B.Q. ərizə ilə polis idarəsinə müraciət edib.

Qadının sözlərinə görə, oktyabrın 27-si saat 12 radələrində 12 yaşlı oğlu üç dostu ilə birlikdə yataq otağına girərək dolabdan qıfılı sındırmaqla 100 manat pulunu oğurlayıb.

BakuCity.az

Bakı oğurluq polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər