Bakıda ictimai nəqliyyatda ödənişlər bank kartları ilə aparıla bilər

Bakıda ictimai nəqliyyatda ödənişlər bank kartları ilə aparıla bilər

Bəs nə vaxt tətbiq olunacaq?

Bakının ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqının ödənişlərinin aparılmasına dair həm banklar, həm də “BakıKart”la danışıqlar aparılır.

BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, bank kartlarının nəqliyyatda ödəniş vasitəsi kimi istifadəsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biridir.

Həmçinin oxu: Bakıda ictimai nəqliyyatda gediş haqqı dəyişdirilə bilər

“Biz çox istərdik ki, bu yenilik tətbiq edilsin. Sözügedən məsələ həm banklar, həm də “BakıKart”la müzakirə olunur. Amma bunun üçün müvafiq baza yaradılmalıdır, banklar tərəfindən isə kartların təmassız funksionalı hazırlanmalıdır”.

E.çakar əlavə edib ki, eyni zamanda, bu kartları qəbul edə biləcək infrastrukturun olması vacibdir:

“Bütün bunlar olduğu təqdirdə inanırıq ki, maraqlı tərəflər ödənişlərin bank kartları ilə həyata keçirilməsini tətbiq edəcək. Lakin bunun nə zaman baş verəcəyi barədə indi nəsə demək çox çətindir, çünki biz qeyd etdiyim digər qurumlar tərəfindən atılacaq addımlara tabeyik”.

BakuCity.az

Bakı ictimai nəqliyyat gediş haqqı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər