Biletlərin qiyməti 2 manatdan başlayır
Azərbaycan milli komandasının futbol üzrə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində son ev oyununun biletləri satışa çıxarılıb.
BakuCity.az xəbər verir ki, millimiz son oyununu noyabrın 16-da Uels yığmasına qarşı keçirəcək.
Matç “Bakcell Arena”da təşkil olunacaq.
Biletlərin qiyməti və satış nöqtələrini diqqətinizə çatdırırıq:
4-cü kateqoriya – 2 AZN
3-cü kateqoriya – 3 AZN
2-ci kateqoriya – 4 AZN
1-ci kateqoriya – 5 AZN
VIP – 20 AZN