Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb

Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb

Turist polisə şikayət edib

Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda qeydə alınıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb.

Döyülən şəxs polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı gecə klubu ərəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər