Yollarda sürət həddi endirilib
Bakıda iki gündür yağan güclü yağış avtomobillərin və piyadaların hərəkətinə çətinliklər yaradıb.
BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, gecə saatlarında yağan intensiv yağış nəticəsində şəhərin bir sıra ərazilərində yolları su basıb.
Belə yollardan biri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindədir. 20-ci sahə yaşayış massivinə gedən yolun alternativ hissəsini su basdığından avtomobillər çətinliklə üzləşib. 30-50 santimetrə qədər qalxan su həmin yoldan istifadə edən avtomobillər üçün ciddi problem yaradıb. Bir neçə nəqliyyat vasitəsi həmin yoldan istifadə edərkən yolda batıb.
Həmçinin oxu: Sabunçuda yeni tunel yenə su ilə doldu - VİDEO
Qeyd edək ki, analoji hal Bakının bir sıra hissələrində də müşahidə olunur.
Xatırladaq ki, yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektlərində sürət həddi endirilib.