Bakıda toy yasa döndü: 3 nəfər bıçaqlanıb, biri döyülüb

Bakıda toy yasa döndü: 3 nəfər bıçaqlanıb, biri döyülüb

Toy yasa döndü

Bakının Xəzər rayonu, Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, “Bənövşə" şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və Əliyev Elçin Qadir oğlu, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

1986-cı il təvəllüdlü Rzayev Nail Rahib oğlu isə döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

BakuCity.az

Bakı toy bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər