"Qarabağ" yenə məğlub olmadı
Ötən gün Azərbaycan Premyer Liqasında X tura start verilib.
BakuCity.az xəbər verir ki, turun açılış oyununda "Neftçi" çempionatın lideri "Qarabağ"ı qəbul edib.
Oyunda hesab açılmayıb – 0:0.
Hazırda turnir cədvəlində 26 xallı “Qarabağ” birinci, 18 xallı paytaxt təmsilçisi ikincidir.
Bu gün "Səbail" "Keşlə" ilə görüşəcək, sabah isə "Zirə" "Sumqayıt"ı, "Qəbələ" "Sabah"ı qəbul edəcək.