Su bəzi mağazalara da dolub
Gecə saatlarında yağan güclü yağış nəticəsində paytaxtın bəzi əraziləri su altında qalıb.
BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub.
Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib.
Həmçinin oxu: Bakıda yolları su basdı, avtomobillər batdı - FOTO + VİDEO
Mağaza sahibləri, satıcılar suyun bəzi mağazalara da dolduğunu bildirir.
Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır.