Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO

Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO

İndiyədək 6400 minik avtomobili verilib

Bakıda müharibə əlillərinə avtomobil verilib.

BakuCity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib.

2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

M.Kərimli avtomobillə təminat tədbirlərinin də ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla cari ildə artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-1 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-2 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-3 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-4 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-5 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-6 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-7 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-8 Bakıda müharibə əlillərinə avtomobil verildi - FOTO, fotoşəkil-9

BakuCity.az

Bakı mühüribə əlilləri avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər