Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO

Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO

Avtomobili ağac altında saxlamayın

Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində üç ağac aşıb.

BakuCity.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hadisə nəticəsində bir avtomobilə ziyan dəyib:

"İki ağac Nərimanov, bir ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".

O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar:

"Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir".

Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO, fotoşəkil-1 Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO, fotoşəkil-2 Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO, fotoşəkil-3 Bakıda külək ağacları aşırdı, avtomobil altında qaldı - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı güclü külək ağac aşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər