Bakıda vaxtilə sökülən binaların memarlıq nümunələri sərgiləndi - FOTO

“Fantazia” Mədəni İrs Festivalının açılışı olub

Bakıda "Fantazia" festivalı çərçivəsində Fransa-Azərbaycan Universitetində (UFAZ) "Memarlıq və mədəni irs: Avropa və Azərbaycan təcrübələri" mövzusunda konfrans keçirilib.

BakuCity.az xəbər verir ki, konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndiliyinin rəhbəri Kestutis Yankauskas, birinci müşaviri Denis Daniilidis, Fransanın Azərbaycandaki səfiri Zakari Qros, Azərbaycan Memarlıq İttifaqının idarə heyyətinin sədr müavini, memar Elçin Əliyev mədəni irsin qorunaraq gələcək nəsillərə ötürməyin vacibliyindən danışıblar.

K.Yankauskas çıxışında qeyd edib ki, Azərbaycanda artıq ikinci dəfə “Fantazia” mədəni irs festivalı keçirilir:

“Ölkənizin tarixi irsi çox zəngindir. Bakı isə gündən-günə müasirləşir, gözəlləşir. Mədəni irsin qorunması üçün Azərbaycan və Avropa İttifaqı birgə platformadan çıxış edirlər. İnanıram ki, biz bu tərəfdaşlığı gələcək nəsillərə ötürə biləcəyik”.

E.Əliyev “Bakının 1920-1930-cu illər arxitekturası” mövzusunda çıxış edərək bu illər ərzində paytaxtda konstruktivizm üslubunda inşa olunan tikililər haqqında məlumat verib.

Konfransdan sonra “Fantazia” Mədəni İrs Festivalının açılışı olub.

Sərgidə qonaqlar “Bakının qorunub saxlanılan inciləri - POP UP” muzeyi ilə tanış olublar. Elçin Əliyev bu sərgini illərdir arzuladığını qeyd edib:

“Sərgidə Bakının təxminən 25 əsrlik tarixini, şəhərin, mədəniyyətin və memarlıq tarixinin inkişafına töhfə vermiş bəzi tanınmış memarların əl işlərini əks etdirən materiallar nümayiş olunur. Bu materiallar paytaxtda zaman-zaman sökülən tikililərin qalıqlarından ibarətdir. Mən bu nümunələrin əksəriyyətini pulla almışam. Artıq uzun illərdir ki, bu əsərlər məndədir. Muzeylərimizə dəfələrlə müraciət etmişəm, amma heç biri qəbul etməyib”.

Xatırladaq ki, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "Fantazia" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır.

“Fantazia” Mədəni İrs Festivalı Avropa İttifaqının nümayəndəliyi tərəfindən Aİ-nin üzv dövlətləri və üçüncü ölkələr, yəni Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Niderland, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan və Venesuela ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur.

Festivala Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı şəhər Baş Mədəniyyət İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Aİ tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir.

Festival oktyabrın 15-dək davam edəcək.

Ramilə Qardaşxanqızı

FOTO: Nicat Alili

BakuCity.az

Bakı FANTAZIA festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
54 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Mülayim külək əsəcək Bakıda istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
"Sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb" “Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra KİV-lərdə “smart-kart” tipli sayğaclardan imtina edilməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İB bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb: “Əslində Birlik maliyyə imkanlarını nəzərə...
İdman
Turistlər üçün ətraflı informasiya yerləşdirilib Avro-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib. BakuCity.az AFFA-ya istinadən məlumat verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar Avro-2020 i...
İdman
Beyl və Remzi də məşqlərdə iştirak edir Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır.  Bu səbəbdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itir...
Mədəniyyət
Film tamaşaçılar tərəfindən maraqla izlənilib “28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filmi premyerada öncə nümayişi olunub. Bakucity.az xəbər verir ki, dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu “Harmony Music Band”in şousu olub. Filmin rejissoru Ceyms...
Cəmiyyət
Milli Qəhrəman Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Ko...
Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...