“Meduza” ajiotaj yaratdı
Noyabrın 1-də Bakıda rus reper Matranqın konserti olub.
BakuCity.az xəbər verir ki, Matranq “Elektra Events Hall”da solo proqramla çıxış edib.
Bu gün tanınmış reperi bütün MDB-də dinləyirlər. Onların arasında Bakı gəncləri də var. Yağışlı havaya baxmayaraq, onlar sevimli hitlərinə qulaq asmağa gəlmişdilər.
Həmçinin oxu: BakuCity.az-dan müsabiqə: Mark Eliyahunun konsertinə bilet qazanın
Matranq konsertdə ən populyar treklərini – “Замыкать”, “Вода”, “Оставайся”, “Проснись”, “Я не расскажу” və başqalarını ifa edib. Əlbəttə ki, “Meduza” tamaşaçılar arasında daha çox ajiotaj yaradıb.
İnformasiya dəstəyi - BakuCity.az