Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO

Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO

Stansiyalarda sıxlıq yaşanıb

Bu gün səhər saatlarında Bakı Metropoliteninin işində nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BakuCity.az-a bildirib ki, “Gənclik” stansiyasında "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb. Nəticədə stansiyalarda sıxlıq yaşanıb.

Onun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində beş dəqiqə yubanma olub:

"Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Xətlərdə 5 dəqiqəyə qədər ləngimə qeydə alınıb".

Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO, fotoşəkil-1 Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO, fotoşəkil-2 Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO, fotoşəkil-3 Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO, fotoşəkil-4

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər