“Bakı Metropoliteni” QSC iddiaya cavab verdi
Azərbaycan Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyaların həcmini açıqlayıb.
BakuCity.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Qubad İbadoğlu bildirib ki, 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir:
"Cari il üçün “Bakı Metropoliteni” QSC üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gedişhaqqının artırılmasına hesablanmış dəyişiklikdir".
Həmçinin oxu: Bakı metrosunda ənənəvi problem: Qatarlar ləngidi, sıxlıq yarandı - FOTO
Lakin məsələ ilə bağlı “Bakı Metropolteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, gediş haqqının artırılması gündəmdə deyil:
“Deyilənlər həqiqətə uyğun deyil”.
BakuCity.az