Bakıda bağçada yanğın təhlükəsi: Uşaqlar təxliyə olundu

Bakıda bağçada yanğın təhlükəsi: Uşaqlar təxliyə olundu

50 uşaq təxliyə edilib

Bakıda uşaq bağçasına bitişik tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib.

Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

BakuCity.az

Bakı uşaq bağçası yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər