Bakıda yeni qurumlar yaradıldı: İşsizlərə xidmət göstərəcək

İşsizlərə xidmət göstərəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb. 

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.

Azərbaycan Prezidentinin fərmanlarına uyğun olaraq, cari ilin mayında nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir. Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

Bundan sonra Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq. Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.

DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.

1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək. Həmçinin qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.

BakuCity.az

Bakı işsizlər yeni qurum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Qız 3-cü kurs tələbəsi olub Bakı bulvarındakı intihar hadisəsi ilə bağlı görüntülər yayılıb. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir. Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız b...
Hadisələr
Qardaşı tutulub Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən daxili işlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub. BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib. Anar Ramazanovun qətlində şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub. İstintaq zamanı məlum olub ki, Anar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsində sürücü işləyib, eyni zamanda, Polis Akademi...
Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az