Qarşıdan gələn sürücülərə də təhlükə yaradıblar
Bakıda kütləvi şəkildə əks istiqamətə çıxan sürücülərin görüntüsü digər avtomobildəki kamera vasitəsilə qeydə alınıb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, oktyabrın 30-da paytaxtın Dilarə Əliyeva küçəsində tıxac yarandığı üçün bir neçə sürücü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
Həmçinin oxu: Bakıda yağışlı havalarda baş verən dəhşətli qəzalar - VİDEO
Qayda pozan avtomobillərdən biri marşrut avtobusu olub. Əks istiqamətə çıxan 99-JZ-279, 90-PT-284, 90-GX-052, 01-AD-124 qeydiyyat nişanlı avtomobillərin və 10-B-954 qeydiyyat nişanlı motosikletin sürücüsü qarşıdan gələn sürücülərə təhlükə yaradıb.