Video insanları qəzəbləndirib
Ötən gün sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub.
BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib.
Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər.
Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.
Bu təxribat xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.