15 ağac kökündən qopub
Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.
BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Şöbə rəisi deyib ki, ağaclardan 15-i kökündən qopub:
“Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib”.
O.Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:
“Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb”.