Bakıda yağış kəsəcək, gilavar güclənəcək

Bakıda yağış kəsəcək, gilavar güclənəcək

Gilavar arabir güclənəcək

Noyabrın 5-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah səhər paytaxtda yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Noyabrın 5-də Bakıda mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

BakuCity.az

Bakı gilavar hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər