Qatar Bakıdan saat 08:45-da yola düşəcək
Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək.
Bu barədə BakuCity.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib.
Yeni cədvələ əsasən, 702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə 21:15-də Bakıda olacaq.
BakuCity.az