Bakıda yol qəzası: bir qadın ölüb, yaralılardan ikisi uşaqdır

Bakıda yol qəzası: bir qadın ölüb, yaralılardan ikisi uşaqdır

Yaralılardan ikisi uşaqdır

Bakıda, Novxanı-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, qəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.

Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.

44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

BakuCity.az

bakı yol qəzası yaralılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər