Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO

Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO

A.Klod müsabiqədə qalib gəlmiş əsəri çox bəyənib

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi Alban Klod Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovla görüşüb, onun emalatxanasında olub.

BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, A.Klod görkəmli heykəltəraşın əsərləri ilə tanış olub.

Rəssamın emalatxanasının bir kainat olduğunu vurğulayan qonaq müsabiqədə qalib gəlmiş əsəri çox bəyəndiyini söyləyib.

Həmçinin oxu: Hacı Zeynalabdin Tağıyevin gənc qohumu Bakıda söz verdi - FOTO

A.Klod H.Z.Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. Azərbaycana ilk dəfə gələn A.Klod Fransada yaşayır və orada tarix üzrə təhsil alıb.

Qeyd edək ki, H.Z.Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. Münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

H.Z.Tağıyevin heykəli metronun “İçərişəhər” stansiyası yaxınlığındakı meydançada ucaldılacaq.

Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO, fotoşəkil-1 Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO, fotoşəkil-2 Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO, fotoşəkil-3 Tağıyevin kötükcəsi Bakıda ulu babasının heykəlini hazırlayan heykəltəraşla görüşüb - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı Alban Klod Hacı Zeynalabdin Tağıyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər