Əsasən yağmursuz olacaq
Azərbaycanda həftəlik hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, həftə ərzində Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.
BakuCity.az