X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsindən BakuCity.az-a verilən məlumata görə, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə baş tutur. Festivala, həmçinin Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi də dəstək göstərir.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən (Fransa, İtaliya, Almaniya, Belçika, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digələri) 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla, festivalın yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb. 

8 nəfərdən ibarət seçim komissiyasının qərarına əsasən, bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq. 

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən (Azərbaycan) ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti – xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyaları üzrə seçiləcək. 

Filmlər 6 ,7, 8, 9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir. 

Festivalın açılış mərasimi noyabrın 6-sı saat 18:30-da, bağlanış-mükafatlandırma mərasimi isə noyabrın 9-u saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

BakuCity.az

Bakı film festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...
Cəmiyyət
Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuz həyata keçirilir Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib. Ş.Eyvazov bildirib ki, y...
Mədəniyyət
Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur.  Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimi...
Cəmiyyət
İntiharın qarşısı Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.  Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.  BakuCity.az APA-ya istinadən xəbər verir ki, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə...
Kriminal
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb Pirallahı RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib. Əməliyyat zamanı saxlanılan, əvvəllər CM-nin 177-ci maddəsi ilə məh...
Mədəniyyət
Stilist Vadim Qalaqanov yaxın vaxtlarda dövri mətbuatda da işləyəcək Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək. BakuCity.az "Sputnik"ə istinadən xəbər verir ki, Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur. Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalı...